BAYRAQDAR MEDİA – Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstanın hərbiləşdirilməmiş statusda olan adalardakı fəaliyyətlərinə də münasibət bildirib.
Bu barədə izmirmanset.com.tr saytı məlumat yayıb.
Məlumata görə, nazirlik Şərqi Egey adalarının statusunun 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə müəyyənləşdirildiyini qeyd edib.
“Gözləntimiz Yunanıstanın bölgədə sülh və sabitliyə zərər vura biləcək bu cür fəaliyyətlərdən çəkinməsi və müqavilələrdən irəli gələn öhdəliklərinə əməl etməsidir”, – deyə nazirlik bildirib.
Türkiyənin Egey dənizi və Şərqi Aralıq dənizində dialoqa əsaslanan yanaşmasını davam etdirəcəyi, beynəlxalq hüquqdan irəli gələn hüquq və maraqlarının qorunması üçün zəruri tədbirlərin görüləcəyi vurğulanıb.





