Press "Enter" to skip to content

Qardaşlıq bağları daha da güclənir

Səfərdən xatirə fotosu

İğdırla Naxçıvan arasındakı mədəni əlaqələrin yeni layihələrlə gücləndirilməsi istiqamətində təmaslar davam edir

BAYRAQDAR MEDİA – İğdır valisi M. Fırat Taşoların həyat yoldaşı Didem Taşolar, İl Mədəniyyət və Turizm Müdiri vəzifəsini müvəqqəti icra edən Zehra Arat, İl Mətbuat və İctimaiyyətlə Əlaqələr müdiri İlteriş Kağan Taşkınsu, eləcə də Xalq Təhsili Mərkəzində çalışan usta müəllimlərdən ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsini ziyarət edib.

Bu barədə yesiligdir.com saytı məlumat yayıb.

Bildirilib ki, ziyarət zamanı, xüsusilə ənənəvi xalq sənətləri və mədəni irsin qorunub yaşadılması istiqamətində həyata keçirilən işlər müzakirə olunub. Həmçinin İğdırla Naxçıvan arasında bu sahələrdə həyata keçirilə biləcək birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər arasında xalq sənətləri sahəsində bilik və təcrübə mübadiləsinin artırılması, usta müəllimlər və akademiklərin birgə çalışmalar həyata keçirməsi, qarşılıqlı seminar və təlim proqramlarının təşkili, eləcə də hər iki bölgənin ortaq mədəni dəyərlərinin gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.