Press "Enter" to skip to content

Azərbaycan və Vyetnamın “ROX Group” şirkəti arasında əməkdaşlıq

Azərbaycan və Vyetnamın “ROX Group” şirkəti arasında əməkdaşlıq

BAYRAQDAR MEDİA – Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Energetika Nazirliyi (EN) ilə Vyetnamın “ROX Group” Səhmdar Cəmiyyəti arasında Azərbaycanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Memorandumu Nazirlik adından energetika nazirinin müavini Elnur Soltanov, “ROX Group” Səhmdar Cəmiyyəti adından isə enerji şirkətləri üzrə İcraçı Direktorlar Şurasının sədri Pham Minh Tuan imzalayıb. Sənəd elektrik enerjisinin ixracı məqsədilə Azərbaycanda 600 MVt gücündə quruda külək və Naxçıvanda 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur. Memoranduma əsasən layihələrin texniki-iqtisadi əsaslandırılması, mövcud şəbəkə imkanlarının qiymətləndirilməsi və istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq ediləcək” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.