Press "Enter" to skip to content

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə başlanılıb

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə başlanılıb

BAYRAQDAR MEDİA – Oktyabrın 27-də Milli Gimnastika Arenasının (MGA) köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyinə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “iki gün davam edəcək yarışlarda ölkənin müxtəlif idman klublarını təmsil edən gimnastlar fərqli yaş kateqoriyaları və proqramlar üzrə birincilik uğrunda mübarizə aparırlar. Yarışın ilk günündə akrobatika gimnastikası üzrə kiçiklər, uşaqlar və yeniyetmələr yaş kateqoriyalarında qadın cütlükləri, qadın qrupları və qarışıq cütlüklər balans hərəkətləri proqramında öz bacarıqlarını nümayiş etdiriblər”.

Ardınca xəbərdə, “aerobika gimnastikası üzrə isə kiçiklər, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında qadın və kişi gimnastlar fərdi proqramlarda çıxış ediblər. Günün sonunda aerobika gimnastikası üzrə gənclər yaş kateqoriyasında qadınların fərdi yarışında qaliblər müəyyənləşib. Milli komandanın üzvləri uğurlu çıxışları ilə fəxri kürsünün hər üç pilləsində yer alıblar. Belə ki, Ayan Ağayeva qızıl, Əminə Mustafayeva gümüş, Aydan Məlikova isə bürünc medal qazanıb. Oktyabrın 28-də ölkə birincilikləri növbəti yarış proqramları ilə davam edəcək” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.