BAYRAQDAR MEDİA – Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də mədəniyyət naziri Adil Kərimli ilə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən A.Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb. M.Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, “Bakı Prosesi”nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb”.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz