Press "Enter" to skip to content

Nazirin Gəncədə vətəndaş qəbulu və sıra baxışı olacaq

Nazirin Gəncədə vətəndaş qəbulu və sıra baxışı olacaq

BAYRAQDAR MEDİA – Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər”.

Daha sonra xəbərdə, “polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək. Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.