BAYRAQDAR MEDİA – Ardahan Universiteti ilə Ardahan Əmək və Məşğulluq İdarəsi (İŞKUR) arasında tələbələrin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına yönəlmiş əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, protokolu universitetin rektoru, professor Öztürk Emiroğlu və İŞKUR-un Ardahan üzrə direktoru Ahmet Sonkaya imzalayıblar. Səkkiz ay davam edəcək proqramdan 358 tələbənin yararlanması nəzərdə tutulur.
Proqram çərçivəsində universitetin kampusunda və tabeliyindəki bölmələrdə davamlılıq, sosial-mədəni tədbirlər, tələbələrin inkişafı, rəqəmsal transformasiya və sahibkarlıq istiqamətlərində fəaliyyətlər həyata keçiriləcək. Tələbələr həftədə maksimum üç gün, ümumilikdə 22,5 saat işləyə biləcəklər. Onlar üçün əməyin mühafizəsi, səmərəli ünsiyyət, maliyyə savadlılığı, şəxsi inkişaf və iş axtarışı bacarıqları üzrə təlimlər də təşkil olunacaq.






İlk şərhi yaza bilərsiniz