Press "Enter" to skip to content

Bir millət – iki dövlətin sarsılmaz qalası

Aygün Attar və iki qardaş ölkənin rəhbərləri

Son yeniləmə: 10 Noyabr 2026

Prof. Aygün Attarın prinsipial mübarizəsi

Prof. Dr. Təranə Turan Rəhimli

BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə qardaşlığının polad təməllər üzərində qurulduğunu həzm edə bilməyən, iki qardaş dövlət arasında nifaq toxumu səpməyə çalışan bəzi bədxah və antitürk dairələrin son dövrdəki çirkin cəhdləri növbəti dəfə boşa çıxdı. İki ölkə arasındakı sarsılmaz telləri qorumaq uğrunda mübarizənin ön cəbhəsində dayanan tanınmış alim, Prof. Dr. Aygün Attar son dövrlərdəki kəsərli duruşu və təsirli mücadiləsi ilə bir daha həqiqi vətənpərvərlik nümunəsi göstərdi.

Qardaşlıq münasibətlərini hədəf alan manipulyasiyalara, dezinformasiyalara və gizli hiylələrə qarşı hər zaman tutarlı faktlarla, cəsarətli çıxışları ilə cavab verən Aygün xanım, bu prosesdə təkcə bir ziyalı və dövlət məmuru kimi deyil, həm də iki xalqın vahid ruhunun müdafiəçisi kimi çıxış etdi. Xüsusilə son dövrlərdə qələmə aldığı “Bu kardeşliğin hafızası var” başlıqlı silsilə məqalələri və Haber Global kanalında yayımlanan “Türkiye-Azerbaycan Kardeşliğini Hedef Alan Provokatörlere Haddini Bildirdi!” başlıqlı çıxışı kimi son dərəcə kəsərli çıxışları, eləcə də liderlərə xitabən yazdığı “Türk Dünyası İçin Birlik Çağrısı” yazısı iki qardaş ölkə arasına nifaq salmaq istəyən dairələrə endirilən ən ağır zərbələr oldu. Onun Türkiyə və Azərbaycanın strateji mənfəətlərini, sarsılmaz birliyini hədəf alan qüvvələrə qarşı apardığı prinsipial mübarizə ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı və təqdir gördü.

Belə müqəddəs amala yönələn mübarizənin sevinci, sarsılmaz birliyimizin ən təsirli, ən qürurverici mənzərəsi isə 8 Noyabr – Zəfər Günü münasibətilə reallaşan tarixi səfər zamanı yaşandı. Türkiyə Cümhurbaşqanı Sayın Recep Tayyip Erdoğanın Azərbaycana rəsmi səfər heyətində yer alan Aygün Attar üçün bu səfər sadəcə protokol tədbiri deyil, illərdir çəkilən zəhmətin və aparılan mübarizənin təntənəsi idi.

Zəfər Gününün coşqusunu Qarabağda, qardaş ölkə lideri Sayın Recep Tayyip Erdoğanın Hörmətli İlham Əliyevin yanında dayanaraq birlikdə qeyd etməsi Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq istəyən bütün bədxahlara verilmiş ən tutarlı və ən kəsərli cavab oldu. Səfər müddətində Aygün xanımın simasındakı o sonsuz qürur və sevinc ifadəsi əslində səmimi bir qəlbin, illərini türk birliyi idealına həsr etmiş, bu birliyə əmək vermiş bir ziyalının və dövlət məmurunun ikiqat bir qələbə sevinci idi.

Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalandığı bu tarixi gündə verilən mesaj aydın idi: bizi heç bir qüvvə ayıra bilməz, birliyimiz əbədidir!

Aygün Attarın bu misilsiz fədakarlığı və türk dünyasının birliyi naminə yorulmaz mübarizəsi hər cür təqdirə layiqdir. Belə vətənpərvər ziyalılarımız var olduqca türk birliyimiz də daim yaşayacaq və güclənməyə davam edəcəkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.