Press "Enter" to skip to content

Türkiyəli nazir müavini Selanik və Batı Trakyada

Bayraqdar.info – Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıran Selanik və Batı Trakyaya səfər edib.

Bu barədə birlikgazetesi.org məlumat yayıb.

Məlumatda deyilir ki, mayın 5-də Türkiyədən Selanik Makedoniya hava limanına gələn nazir müavinini Türkiyənin Afina Büyükelçisi Burak Özügergin və Selanik Baş konsulu Efe Ceylan qarşılayıb.

Yunanıstan səfərinə Selanikdən başlayan Yavuz Selim Kıran, ilk olarak burada “Atatürk Evi”nə gedib. Orada onu Büyükelçi Burak Özügergin, Baş konsul Efe Ceylan, diplomatik nümayəndəliyin təmsilçiləri, Makedoniya-Trakya Müslümanları Eğitim ve Kültür Derneği başqanı Osman İsmailoğlu və digər şəxslər qarşılayıb.

“Atatürk Evi”ni gəzən nazir müavininə baş konsul tərəfindən ətraflı məlumat verilib.

Sonra Yavuz Selim Kıran “Atatürk Evi”ndəki dəftərə öz fikirlərini yazıb.

Mission News Theme by Compete Themes.