BAYRAQDAR MEDİA – “Diqqət, uşaqlar!” devizi altında keçirilən təhlükəsizlik aylığı çərçivəsində Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən 2 nömrəli tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş zamanı məktəblilərə küçə və yollarda təhlükəsiz davranış qaydaları, yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri, piyada keçidlərindən düzgün istifadə və işıqforun tələblərinə əməl olunmasının vacibliyi izah edilib. Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, onlara yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tövsiyələr çatdırılıb”.






İlk şərhi yaza bilərsiniz