BAYRAQDAR MEDİA – Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “oktyabrın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədəki əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyi xüsusi vurğulanıb”.
Daha sonra xəbərdə, “qeyd olunub ki, iki ölkə arasında mütəmadi olaraq keçirilən müxtəlif formatlı görüşlər və səfərlər bütün istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının bariz göstəricisidir. Görüşün sonunda hərbi əməkdaşlığın perspektivləri, birgə təlimlərin intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz