Press "Enter" to skip to content

“Şahmaran” tamaşasının premyerası olacaq

“Şahmaran” tamaşasının premyerası olacaq

BAYRAQDAR MEDİA – 3 və 4 oktyabr tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının məşhur “Şahmaran” əfsanəsi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “libretto müəllifi və quruluşçu rejissoru İradə Gözəlova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə olan səhnə əsərinin süjet xəttində müdriklik, sevgi və əbədi həyatın rəmzi sayılan Şahmaranın təlatümlərlə dolu dünyaya geri dönüşündən və bəşəriyyəti günahlarına görə mühakimə etməsindən bəhs olunur. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterləri Əməkdar artist Vaqif Məstanov və Məlahət Qasımova, işıq rəssamı Rafael Vaqifoğlu, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Elməddin Dadaşovdur. Səhnə əsərinin plastik həlli isə Xalq artisti Pərviz Məmmədrzayev və Zaur Əliyevə aiddir”.

Ardınca xəbərdə, “rollarda P.Məmmədrzayev (Zalım), Aydan Həsənova (Şahmaran), Əmrah Dadaşov (Tələbə), Səmədzadə Xasiyev (Loğman), Hüseyn Əlili (Qara), Murad Fərzəliyev (Boz), eyni zamanda, teatrın xor və balet truppaları da iştirak edirlər. Rok-müzikl janrında hazırlanan tamaşada səsləndirilən mahnıların sözləri Şərqin böyük mütəfəkkir şairi Ömər Xəyyama aiddir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.