Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə birgə təlimi davam edir – VİDEO

Son yeniləmə: 9 Sentyabr 2021 11:03

Bayraqdar.info – Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən sentyabrın 9-da bayraqdar.info-ya verilən xəbərdə belə deyilir:

“Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub. Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər”.

Mission News Theme by Compete Themes.