Press "Enter" to skip to content

“44 günlük Zəfər yolu”

Bayraqdar.info – Noyabrın 5-də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasının birinci ildönümü münasibətilə “44 günlük Zəfər yolu” adlı konfrans və sərgi keçirilib. Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik, konsulluqlar və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri, eləcə də Xarici İşlər Nazirliyi rəhbər heyəti iştirak edib.

Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, konfransda xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, eləcə də Vətən Müharibəsi iştirakçısı Vasif Dilavarzadə çıxış ediblər.

Bir paneldən ibarət olan konfransda, həmçinin Türkiyə Cümhuriyyətinin Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Çağrı Erhan və Rusiya Federasiyasından olan hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko iştirak ediblər.

“Konfransda tədbir iştirakçılarının diqqətinə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi və müharibədən sonra xarici kütləvi informasiya vasitərlərinə verdiyi müsahibələrə qısa baxışı əks etdirən, habelə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan video-çarxlar təqdim edilib.

Konfransın sonunda tədbir iştirakçıları Qarabağ Dirçəliş Fondunun “Qarabağ işğaldan öncə, işğal dövründə və azad olunandan bir il sonra” mövzusunda foto-sərgisi, eyni zamanda “E-Media Group” media təşkilatının dəstəyi ilə ölkəmizin peşəkar rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış olmağa dəvət olunublar” -, deyə daha sonra vurğulanıb.

Mission News Theme by Compete Themes.