Yollar bağlandı, üz-üzə tədrisə bir günlük ara verildi
Bayraqdar.info – Martın 2-də axşam saatlarından etibarən Türkiyənin bəzi şəhərlərində güclü qar yağmağa başlayıb. Külək və şaxtalı hava ilə müşahidə edilən bu qar yağışı bir çox şəhərlərdə yolların bağlanmasına, həmçinin uzun tıxacların yaranmasına səbəb olub.
Artıq 4 şəhərin, Denizli, İsparta, Afyonkarahisar və Sinopda güclü qar və gözlənilən buzlaşma səbəbilə martın 3-də bütün təhsil müəssisələrində bir günlük üz-üzə tədrisin dayandırılmasına qərar verilib.
Qarın ən çox təsirli olduğu yerlər sırasında Denizli xüsusilə fərqlənir.

Denizlidə təhsil alan, Pamukkale Universitetinin 3-cü kurs tələbəsi Şəmsiyə İsmayıllının bayraqdar.info-ya verdiyi məlumata görə qüvvətli qar yağışı Denizlinin mərkəzi ilə ucqar hissələrdə daha çox hiss edilib. Qar yağışı səbəbindən Denizli-Antalya avtomobil yolu bağlanıb. Eyni zamanda, Denizlidən digər istiqamət gedən yollarda da problemlər yaranıb.
Şehrimizin yüksek kesimlerinde etkili olan kar yağışı ile birlikte tüm ekiplerimiz kar küreme ve yol açma çalışmalarına devam ediyor. pic.twitter.com/NC6wdob6UN
— T.C. Denizli Büyükşehir Belediyesi🇹🇷 (@tcdenizlibld) March 2, 2022
Onun sözlərinə görə, Denizli Böyükşəhər Bələdiyyəsinin tez bir zamanda hərəkətə keçməsi ilə yolların qardan təmizlınməsinə və duzlanmasına başlanıb. Öz növbəsində polis, AFAD, Qızılay və digər yetkili qurumlar yollarda öz avtomobilində çarəsiz qalan insanların köməyinə çatıb.
“Denizli Böyükşəhər Bələdiyyəsi öz Twitter hesabından paylaşım edərək, yolların qar və buzdan təmizlənməsinə dair görüntülər yerləşdirib. Denizli Valiliyi isə qarlı hava səbəbilə bütün səviyyələrdə dərslərdə üz-üzə tədrisə bir günlük ara verildiyinə, bütün qurumlarda çalışan hamilə qadınlara və əngəlli şəxslərə də bir günlük icazə verildiyinə dair paylaşım edib”.
BASIN DUYURUSU pic.twitter.com/MY1Ntg3hSr
— T.C.Denizli Valiliği 🇹🇷 (@DenizliValiligi) March 2, 2022
Onu da qeyd edək ki, qar yağışı İç Anadoluda da öz təsirini göstərib. Dünən gecə Eskişehirdə də yolları qalın qar örtüyü bürüyüb. Bu barədə isə bayraqdar.info-ya Eskişehir Osmangazi Universitetinin 1-ci kurs tələbəsi Nihat İsmayıllı məluamt verib. Onun sözlərinə görə axşam saatlarında güclənən qar yağışının yollarda tıxaca səbəb olmaması üçün Eskişehir Böyükşəhər Bələdiyyəsi müvafiq təmizləmə işlərinə və yolların duzlanmasına başlayıb.

N.İsmayıllı deyib ki, bələdiyyə yolları təmizləməklə yanaşı, vətəndaşlara da müraciət edib. Bələdiyyənin Twitter hesabından yayılan həmin paylaşımda qış təkərləri olmayan vətəndaşlara gecə saatlarında öz avtomobillərlə yollara çıxmamaq tövsiyyə olunur.
Kent merkezinde etkili olmaya başlayan kar yağışıyla birlikte ekiplerimiz karla mücadele ve tuzlama çalışmalarına başladılar.
Yağışının gece boyu devam etmesi beklendiğinden hemşehrilerimizi kış lastiği olmayan araçlarla trafiğe çıkmamaları konusunda uyarmak istiyoruz. pic.twitter.com/OG3dmnhPwv
— Eskişehir Büyükşehir Belediyesi (@eskisehirbb) March 2, 2022





