Press "Enter" to skip to content

Qərbi Azərbaycan İcması İƏT sammitinin qərarını alqışlayır

Qərbi Azərbaycan İcması. Bakı

Son yeniləmə: 8 May 2024 12:02

BAYRAQDAR MEDİA – “Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilmişdir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə etmiş və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə etmişlər”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının rəhbər şuralarının bəyanatında öz əksini tapıb.

Qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bəyanatda daha sonra deyilir: “Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınamışlar. Qərbi Azərbaycan İcması İƏT sammitinin bu qərarını ürəkdən alqışlayır. Bu qərarı ilə İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat olmuşdur. Qərbi Azərbaycan İcması əmindir ki, təşkilatın Qərbi Azərbaycan məsələsinə birmənalı dəstəyi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıdışını təşviq edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.