Press "Enter" to skip to content

AMEA prezidentindən MEK-ə dəyərli nəşrlər

AMEA prezidentindən MEK-ə dəyərli nəşrlər

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli şəxsi kitabxanasından Mərkəzi Elmi Kitabxanaya (MEK) dəyərli nəşrlər hədiyyə edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “nəşrlər sırasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Milliliyin, milli özünüdərkin qeyri-səlis məntiq kontekstində epistomoloji xüsusiyyətləri”, M.Əliyevin “Ömrüm”, A.S.İltaşın “Heydər Əliyev. İnsan ürəyi ilə Heydər baba”, akademik A.Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildliyi, S.Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası, M.Hacısalihoğlunun “Türklərin və qohum topluluqların kədərli ildönümləri. XIX əsrdən günümüzə sürgünlər, qətliamlar, etnik təmizləmə siyasəti və soyqırımlar” türk və xarici dillərdə digər kitablar var”.

Bildirək ki, təqdim olunan nəşrlər MEK-in Akademiklər kitabxanasındakı “Akademik İsa Həbibbəyli” kolleksiyasında yerini tutub.

AMEA rəhbərinin 2022-ci ildə özü tərəfindən kitabxanaya hədiyyə edilən kolleksiyada 1 minə yaxın ədəbiyyat mövcuddur.

Mission News Theme by Compete Themes.