BAYRAQDAR MEDİA – “Eskişehir Azərbaycanlılar Dərnəyinin bu həftə keçirdiyi çərşənbə söhbətində Anadolu Universiteti proffesoru Haşim Şahin “Səlcuqlular və İslam dünyası” mövzusunda çıxış edib”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumata görə, Prof.Dr. Haşim Şahin çıxışında bir çox maraqlı və tarixi faktlardan bəhs edib: “O, Səlcuqlu dövlətinin yeri, coğrafiyası və yaradılması, Dövlətin böyüməsindəki əsas amillərdən olan Tuğrul bəyin Quzeydən Güneyə fəthi, Xəzərdən başlayaraq ticarət yollarının idarə edilməsindən bəhs etdi. Səlcuqların İslam dinini qəbul etmə prosesindən danışdı. Xüsusilə Səlcuqlularda 11 fətih həyata keçirən və çox bilinməyən İbrahim İnal barədə ətraflı məlumat verdi”.
Məlumata görə, sonda Eskişehir Azərbaycanlılar Dərnəyi başqanı Cavid Aydın Prof. Dr. Haşim Şahin’ə təşəkkür bəlgəsi təqdim edib.





