Ersin Tatar Kıbrısın rum tərəfinin lideri ilə danışıqlara hazır olduğunu deyib
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhiuryyətinin Cümhurbaşqanı Ersin Tatar, dekabrln 11-də qatıldığı BMT-nin il sonu ziyafətindən sonra açıqlamalar verib.
Bu barədə KKTC Cüemhurbaşqanılığının məlumatında qeyd edilib.
Məlumata görə, Ersin Tatar açıqlamasında, Kıbrısn rum tərəfinin lideri ilə konstruktiv görüşlərə hər zaman hazır olduğunu söyləyib.
Məlumatda qeyd edilib ki, E.Tatar xanımı Sibel Tatarla birlikdə qatıldığı bufer zonada yerləşən Ledra Palace otelində təşkil edilən BMT-nin il sonu ziyafətindən sonra bunu bəyan edib.
Güney Kıbrısın rum lideri ilə konstruktiv danışıqlara hər zaman hazır olduğunu bildirən KKTC Cümhurbaşqanı eyni zamanda Kıbrıs türklərinin öz dövlətinin olduğunu da xüsusi olaraq vurğulayıb: “Həm Kıbrıslı türklər, həm də Kıbrıslı rumlar üçün daha yaxşı gələcək istəyirəm. Önəmli olan qarşılıqlı anlaşmadır”.
Ersin Tatar, Kıbrısın rum lideri Nikos Hristodulidisin Kıbrıs türklərinə qarşı daha anlayışlı bir münasibət nümayiş etdirməsini gözlədiyini və Kıbrıs türklərinin də ən az rumlar qədər suverenlik hüququna malik olduğunu vurğulayıb.





