BAYRAQDAR MEDİA – Qarabağ Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Universitetin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib. Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev tədbirdə geniş məruzə ilə çıxış edərək H.Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışıb”.
Daha sonra xəbərdə, “B.Dədəyev vurğulayıb ki, H.Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar müasir Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafının təməlini təşkil edib. Tarixçi qeyd edib ki, Ulu Öndərin dövlətçilik prinsipləri, milli maraqlara söykənən strateji inkişaf siyasəti və xalqla birliyi Azərbaycanı güclü və müstəqil dövlətə çevirməklə yanaşı, həm də Azərbaycanın dünya miqyasında nüfuz qazanmasında mühüm rol oynayıb. Məruzəçi H.Əliyevin təhsil sahəsinin inkişafına xüsusi diqqətini vurğulayaraq bildirib ki, Ulu Öndərin milli birlik ideyası və gənclərə olan qayğısı qüdrətli Azərbaycanın parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayıb” deyə bildirilir.
Qeyd edək ki, dahi şəxsiyyətin zəngin irsinin tələbə gənclər arasında təbliğinə Qarabağ Universitetində xüsusi diqqət göstərilir.





