BAYRAQDAR MEDİA – Dekabrın 12-i müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Səhiyyə Nazirliyinin (SN) rəhbər şəxsləri Fəxri xiyabanda onun əziz xatirəsini hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb. H.Əliyev Azərbaycan səhiyyəsi və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərib. Azərbaycanda səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır”.





