Press "Enter" to skip to content

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedib

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “rəsmi səfər proqramına əsasən K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır”.

Mission News Theme by Compete Themes.