BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “proqram çərçivəsində Nazirliyin dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur. Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay müddətini əhatə edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanacaqdır”.
Sonra xəbərdə, “Proqram, Daxili İşlər Orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradacaq. Məqsəd, müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanması və DİN-in kadr potensialının gücləndirilməsidir” deyə bildirilir.





