Press "Enter" to skip to content

“Qaravəlli”nin premyerası olub

“Qaravəlli”nin premyerası olub

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində görkəmli yazıçı Anarın “Qaravəlli” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “premyerada mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şair və yazıçılar, media nümayəndələri iştirak ediblər. Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Abdulla, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Elay Xasiyev, rejissoru isə Rəvan Hüseynzadədir. Ritmika Ramazan Xanlarova, musiqilərin ifası – “Dərviş” qrupuna məxsusdur. Səhnə əsərində əsas mövzu cəmiyyətdə insanların bir fağır, zəif, ehtiyaclı insanı necə linç edib, bütün problemləri ona yükləyib və sonda onu mənən, ruhən və daha sonra isə cismən yerə gömdüyündən bəhs edilir”.

Daha sonra xəbərdə, “yeni tamaşada obrazları Əməkdar artist İzaməddin Bağırov (Əvəz Əvəzov), aktyorlar Kamran Muradlı (Yaxşı kişi, Məmməd Məmmədov, Qulam Qulamov), Şəmistan Süleymanlı (Pis kişi, Namaz Namazov), İlham Səfərli (Kazım Kazımov), Elmir Mehdiyev (Vəli Vəliyev, Otello), Habil Xanlarov (Əhməd Əhmədov, Sadıq Sadıqov, Kamal Kamalov), Elay Xasiyev (Abbas Abbasov, Əkbər Əkbərov, Əsgər Əsgərov), Aynur Hümmətova (Əzizə Əzizova, Gülab Gülabova), İlahə Səfərova (Rəhimə Rəhimova, Dezdamona), Ramazan XanlarovEtibar Cəbiyev (Şəhər sakinləri) ifa edirlər” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.