BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) ilə sosial tərəfdaşlığını davam etdirən “PAŞA Holding” aztəminatlı ailələrin uşaqlarını məktəbli ləvazimatları ilə təmin edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12 min 900-dən çox ailənin yeni tədris ilində 1-ci sinfə gedəcək övladlarının məktəbli ləvazimatları ilə təminatını həyata keçirib. “PAŞA Holding” tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları Agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb”.





