Press "Enter" to skip to content

Azərbaycan türk millətinə Ruhanidən ağır təhqir

Azərbaycan türk millətinə Ruhanidən ağır təhqir

BAYRAQDAR MEDİA – Tanınmış paniranist – fars millətçisi Peyman Arif “X” platformasında paylaşdığı bir açıqlamasında Mənsur Həqiqətpurdan nəql edir ki, birinci Qarabağ müharibəsi zamanı İranın Azərbaycan Respublikasını işğal etməsi məsələsi ölkənin Ali Milli Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılanda, Ruhani Həqiqətpura belə demişdir:

“Bizim İranda filan qədər eşşəyimiz (türk əhali) var, indi səkkiz milyon eşşək (türk əhali) də artırmaq istəmirik.”

Xəbəri “ArazNews” Telegram kanalı yayıb.

Xəbərə görə, “səkkiz il İran prezidenti olan Ruhani birinci Qarabağ savaşı zamanı Ali Milli Təhlükəsizlik Şurasının sədri idi. Sipah generalı Mənsur Həqiqətpur isə həmin dövrdə guya Azərbaycana yardım məqsədilə göndərilmişdi. Lakin sonradan onun əslində Ermənistana casusluq fəaliyyəti apardığı aşkarlandığı üçün haqqında məhkəmə işi açılmışdı”.

Bildirilib ki, “Həsən Ruhani fars millətçisi düşüncələri ilə tanınır. O, prezident olduğu dönəmdə də Azərbaycana səfər etdiyi zaman “Azərbaycan” adını işlətməkdən imtina etmiş, əvəzində kürd terror qruplaşmalarının uydurduğu adlardan istifadə etmişdi. Eyni şəkildə, Urmu gölünün xilası üçün verdiyi vədlərə baxmayaraq, səkkiz illik prezidentliyi dövründə göl üçün heç bir ciddi addım atılmasına imkan verməmiş və nəticədə Urmu gölü geri dönülməz ağır ekoloji fəlakət vəziyyətinə düşmüşdü”.

Qeyd edilib ki, “ümumilikdə farslar Azərbaycan türklərini “eşşək türk” ifadəsi ilə təhqir edirlər və bu məsələ hər zaman Güney Azərbaycanda narahatçılıq qaynağı olub”.

Mission News Theme by Compete Themes.