Press "Enter" to skip to content

DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə keçirilən Kollegiya iclasında bildirib.

Nazir çıxışında DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırıb.
Çıxışda işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin də DOST xidmətləri ilə əhatə olunmaları üçün atılan addımların davamı olaraq bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsinin də istifadəyə verildiyi qeyd edilib.

Mission News Theme by Compete Themes.