BAYRAQDAR MEDİA – Türkiyədə, Eskişehirin Odunpazarı Rayon Təhsil İdarəsi tərəfindən həyata keçirilən və TÜBİTAK 4004 proqramı çərçivəsində “Orta məktəb şagirdləri üçün sənət, sənətin təbiəti və sağaldıcı gücü” adlı layihə gerçəkləşdirilib. Layihə Anadolu Universitetində reallaşıb.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, layihədə universitetin müəllimləri – Prof. Dr. Lilian Maria Tonella Tüzün, Dos. Dr. Çiğdem Taş Alicenap, Dr. Emin Bakan və başqaları iştirak ediblər: “Proqram çərçivəsində animasiya, rəqəmsal oyun dizaynı, mərmər oyma sənəti, keramika, rəsm, musiqi, teatr və arxeologiya sahələrində həm nəzəri, həm də praktiki təlimlər keçirilib. Bir həftə ərzində orta məktəb şagirdləri müxtəlif incəsənət növləri üzrə təcrübə qazanaraq yaradıcı fəaliyyətlərlə tanış olublar”.





