BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov Astara rayonunda vətəndaşları qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub
Xəbərdə deyilir ki, “qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş müxtəlif məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər SXA-nın fəaliyyət sahələrinə aid məsələləri əhatə edib. V.Behbudov müraciətləri dinləyib, onların mümkün həlli ilə bağlı müvafiq addımların atılması məqsədilə tapşırıqlar verib”.
Qeyd edək ki, əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə həyata keçirilən qəbullarda hər bir imtiyazlı şəxs iştirak edə bilər. Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.





