Press "Enter" to skip to content

Türkmənistan Mədəniyyəti Günləri olacaq

Türkmənistan Mədəniyyəti Günləri olacaq

BAYRAQDAR MEDİA – Türk dünyası ailəsinin üzvü olan Azərbaycan ilə Türkmənistan qədim tarix, ortaq köklər və birgə mədəni-mənəvi dəyərlər birləşdirir. Son illər iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq dərinləşir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək. Maraqlı proqramı olan mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq”.

Daha sonra xəbərdə, “bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur. Türkmənistan Mədəniyyəti Günləri iki xalqın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq” deyə bildirilir.

Mədəniyyət Günləri çərçivəsində həmçinin 15 oktyabr tarixində Gəncə Dövlət Filarmoniyasında Türkmənistan Mədəniyyəti Günlərinin bağlanış mərasimində mədəniyyət-incəsənət ustalarının konserti baş tutacaq.

Mission News Theme by Compete Themes.