Press "Enter" to skip to content

“Neft bumu hamıya gülümsəyir” tamaşasnın premyerası olub

“Neft bumu hamıya gülümsəyir” tamaşasnın premyerası olub

BAYRAQDAR MEDİA – Yanvarın 30-da Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın premyerası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunan tamaşanın premyerasında dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Səhnə əsərinin quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, sound dizayn Konstantin Soldatov, Platon Soldatov, rejissor Şövqi Hüseynovdur”.

Sonra xəbərdə, “səhnə əsərində Əməkdar artistlər Ş.Hüseynov, Elnur Hüseynov, Rasim Cəgər, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Ceyhun Məmmədov, Natiq Fərzəliyev, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər. Qeyd edək ki, sözügedən Teatrın yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır” deyə bildirilir.

Mission News Theme by Compete Themes.