Press "Enter" to skip to content

Türkiyənin ən maraqlı kənd adları

Türkiyənin ən maraqlı adlı kəndləri siyahısında bir çox vilayət yer alır

BAYRAQDAR MEDİA – Türkiyənin yaşayış məntəqələri xəritəsinə nəzər salındıqda, əsrlərdir dəyişmədən qorunub saxlanılan bəzi kənd adları insanları təəccübləndirməyə davam edir. Bu maraqlı adlı kənd və məhəllələrin bəziləri tayfa və ya ailə ləqəblərindən, bəziləri isə tarixi hadisələrdən qaynaqlanır. Bu kəndlərin ortaq cəhəti təkcə adlarının maraqlı olması deyil, eyni zamanda əhalisinin ildən-ilə azalmasıdır.

Bu barədə eskisehir.net saytının məlumatında qeyd edilib.

Bildirilib ki, Türkiyənin ən maraqlı adlı kəndləri siyahısında bir çox vilayət yer alsa da, Mərkəzi Anadolu bölgəsi xüsusi diqqət çəkir: “Həmin kəndlərdən bəziləri bunlardır: Estağfurullah (Karaköprü / Şanlıurfa), Ağzı Delik (Tarsus / Mersin), Çilehane (Kağızman / Qars), Dertli (Sungurlu / Çorum), Dingiller (Akhisar / Manisa) və Sinek (İmranlı / Sivas)”.

Məlumata görə, siyahıda xüsusilə diqqət çəkən yaşayış məntəqələrindən biri də Eskişehirin Alpu rayonunda yerləşən və məhəllə statusu daşıyan Yeşildon adlanan kənddir: “2024-cü il məlumatlarına görə, bu kənddə 33-ü kişi, 26-sı qadın olmaqla ümumilikdə 59 nəfər yaşayır”.

Mission News Theme by Compete Themes.