BAYRAQDAR MEDİA – ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.
Bu barədə ADY-dən məlumat verilib.
Məlumatda deyilir ki, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb: “Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək. Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq”.





