Press "Enter" to skip to content

Meleklidə “Asılılığa qarşı mübarizə” seminarı

Seminar zamanı

BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel Melekli Bələdiyyəsi tərəfindən təşkil olunan “Maddə və virtual qumar asılılığı ilə mübarizə” mövzusunda seminarda iştirak edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, tədbirdə bu asılılıq növlərinin artmasına diqqət çəkilərək maarifləndirmənin vacibliyi vurğulanıb: “Universitetin dosenti doktor Sait Yıldırım mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Seminarın sonunda rektor Gürel bu cür tədbirlərin gənclərin qorunması baxımından mühüm rol oynadığını bildirib və təşkilatçılara təşəkkür edib”.

Mission News Theme by Compete Themes.