Son yeniləmə: 30 Aprel 2026
BAYRAQDAR MEDİA – Selçuk Universiteti Times Higher Education (THE) Asiya reytinqində uğur qazanıb. Universitet 1405 ali məktəb arasında 301–350 aralığında yer alıb. Türkiyə üzrə isə 15-ci sıraya yüksəlib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, universitet tədris mühiti kateqoriyasında 13-cü yerə çıxıb: “Tədqiqat mühiti üzrə isə 17-ci olub. Bu nəticələr universitetin elmi potensialını göstərir”.
Məlumata əsasən, bu Reytinq universitetlərin beynəlxalq nüfuzunu müəyyən edir.
Uğur ölkənin akademik inkişafına töhfə kimi qiymətləndirilib.






İlk şərhi yaza bilərsiniz