BAYRAQDAR MEDİA – Atatürk Universiteti THE Asiya reytinqində mövqeyini gücləndirib. Universitet 351–400 aralığından 251–300 aralığına yüksəlib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata əsasən, univeristet Türkiyə üzrə də irəliləyiş əldə edərək 12-ci yerə çıxıb: “Dövlət universitetləri arasında 6-cı yerini qoruyub. Bu nəticə təhsil və tədqiqat sahəsində inkişafın göstəricisidir. Prof. Dr. Ahmet Hacımüftüoğlu bu uğurun strateji fəaliyyətlərin nəticəsi olduğunu bildirib”.
Universitet beynəlxalq əməkdaşlığı genişləndirməyi hədəfləyir. Son illərdə aparılan investisiyalar bu yüksəlişə töhfə verib.






İlk şərhi yaza bilərsiniz