Press "Enter" to skip to content

Çevriliş cəhdi gənc jurnalistlərin manşetləri ilə xatırlanacaq

BAYRAQDAR MEDİA – Türkiyənin Mətbuat Elan Qurumu kommunikasiya fakültəsi tələbələrinin böhran dövrlərində düzgün, sürətli və məsuliyyətli jurnalistika reflekslərini inkişaf etdirmək məqsədilə “15 İyul Manşetləri Jurnalistika Emalatxanası” layihəsinə başlayıb. Proqramın ilk tədbiri 29 aprel tarixində Akdeniz Universitetinin Kommunikasiya fakültəsində keçiriləcək.

Bu barədə Akdeniz Universitetinin məlumatında qeyd edilib.

Məlumata görə, “Yaddaşı qoru, həqiqəti yaz” şüarı ilə təşkil olunan layihə 15 iyul dövlət çevrilişi cəhdinin 10-cu ildönümü münasibətilə Türkiyənin 7 bölgəsini təmsil edən 7 universitetlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Nəzəri və praktiki hissələrdən ibarət olacaq emalatxananın ilk mərhələsində media etikası, məsuliyyətli yayım prinsipləri, dezinformasiyaya qarşı mübarizə, böhran vəziyyətlərində operativ və dəqiq xəbər hazırlanması, həmçinin məlumat və mənbələrin yoxlanılması mövzularında təlimlər keçiriləcək. İkinci mərhələdə isə tələbələr real xəbər istehsalı prosesini praktik şəkildə təcrübədən keçirəcəklər. Beş nəfərlik qruplar şəklində çalışacaq iştirakçılar təcrübəli jurnalist və dizayn mütəxəssislərinin rəhbərliyi altında “Həmin gecə sən olsaydın necə manşet verərdin?” yanaşması ilə 15 iyul hadisələrini əks etdirən qəzetin birinci səhifəsini hazırlayacaqlar.

Layihənin əsas məqsədi böhran və fövqəladə hallarda medianın üzərinə düşən məsuliyyəti gənc nəslə çatdırmaq, düzgün informasiya, etik jurnalistika və ictimai məsuliyyət anlayışını gücləndirməkdir. Bununla yanaşı, gənc jurnalist namizədlərində demokratiya, milli birlik və sosial məsuliyyətə əsaslanan jurnalistika düşüncəsinin formalaşdırılması hədəflənir.

“15 İyul Manşetləri Jurnalistika Emalatxanası”nın ilk proqramı 29 aprel 2026-cı il tarixində Akdeniz Universitetinin Kommunikasiya fakültəsinin konfrans zalında keçirilib. Layihə daha sonra Ankara, Atatürk, Ege, Qaziantep, İstanbul və Ondokuz Mayıs universitetlərində davam etdiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.