Press "Enter" to skip to content

“TurAz Qartalı – 2026” davam edir – VİDEO

Təlim zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, təlim planına uyğun olaraq, müxtəlif epizodlar üzrə qarşılıqlı fəaliyyət tapşırıqları icra olunur: “Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Sikorsky S-70 helikopteri vasitəsilə radioelektron mübarizə (REM) tədbirləri yerinə yetirilərək şərti düşmənin yerüstü radioelektron vasitələri susdurulub. Eyni zamanda, Azərbaycan HHQ-nə məxsus Mi-17 helikopteri ilə şərti hədəflərin aşkar edilməsi və məhv olunması üzrə tapşırıqlar uğurla icra edilib”.

Təlimin keçirilməsində əsas məqsəd qardaş ölkələrin HHQ-ləri arasında birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətin peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.