Press "Enter" to skip to content

Türkiyə və Qafqaz üzrə idarəedici direktorla görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məluamat görə, görüşdə AYİB-nin Azərbaycanda fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə olunub: “Bankın investisiya strategiyasının prioritet istiqamətləri, xüsusilə su təchizatı, məişət tullantılarının idarə olunması, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpaolunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib. Tərəflər Bankın ölkəmizdə həyata keçirdiyi layihələrin iqtisadiyyatın şaxələndirilməsinə, özəl sektorun inkişafına və dayanıqlı maliyyə axınlarının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Eyni zamanda, investisiya prioritetlərinin genişləndirilməsi, layihələrin maliyyələşdirilməsi və texniki dəstəyin artırılması məsələləri diqqət mərkəzində olub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.