Son yeniləmə: 30 Aprel 2026
BAYRAQDAR MEDİA – Anadolu Universitetində “Kampusda Karyera” proqramı çərçivəsində sahibkarlıq mövzusunda görüş keçirilib. Tədbirin qonağı Zerolite şirkətinin qurucusu Abdullah Nalbantoğlu olub.
Bu barədə universitetdən məlumat verilib.
Məlumatda deyilir ki, qonaq, şirkətin yaranma prosesindən və bazardakı boşluğu necə müəyyən etdiklərindən danışıb: “Bildirib ki, Türkiyədə karbon lifli velosiped hissələrinin istehsalı yox idi. Bu səbəbdən yerli istehsala başlayıblar. Şirkət hazırda beynəlxalq bazarlara çıxmağı hədəfləyir. Avropa və Amerika üçün lazımi sertifikatların alındığı qeyd olunub”.
Tədbir tələbələr üçün motivasiyaedici olub.
Sonda qonağa təşəkkür sənədi təqdim edilib.






İlk şərhi yaza bilərsiniz