BAYRAQDAR MEDİA – 29 aprel – 3 may tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində, ölkənin dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “festival çərçivəsində Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen iştirakçı ölkələrin rəsmi nümayəndələri ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. MDB ölkələrinin qatıldığı festival xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, milli-mədəni irsin qorunmasına və inkişafına töhfə verib”.
Sonra xəbərdə, “Azərbaycanı təmsil edən Dövlət Rəqs Ansamblı zəngin milli rəqs irsini “Ağ çiçək” və “Zəngəzur yallısı (Ağbaba)” rəqsləri ilə yüksək peşəkarlıqla təqdim edib. Festival konsert proqramları ilə davam edib, yekunda iştirakçılara fəxri mükafatlar təqdim olunub” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz