BAYRAQDAR MEDİA – Iğdır Universitetinin Gözəl Sənətlər fakültəsinin Rəssamlıq bölməsi 2025-2026-cı tədris ilinin sonunda tələbə işlərini təqdim etmək məqsədilə emalatxana sərgisi təşkil edib. Gənc istedadların böyük zəhmətlə hazırladığı əsərlərdən ibarət “Qara Qələm Eskiz Sərgisi” Mərkəzi Dərslik binasının giriş mərtəbəsində ziyarətçilərin ixtiyarına verilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, açılış mərasimində Iğdır valisinin xanımı Didem Taşolar, universitetin rektoru Prof. Dr. Ekrem Gürel, akademik heyət, inzibati əməkdaşlar və çoxsaylı tələbələr iştirak ediblər: “Sərgi Dr. Mehmet Sıddık Turanın rəhbərliyi ilə hazırlanıb. Tədbirdə Abdullah Aslan, Adem Sağlık, Ahmet Saru, Ayhan Kartal, Berivan Atmaca və digər gənc rəssamların fərqli üslubda hazırladıqları əsərlər nümayiş etdirilib”.
Qeyd edək ki, universitet rəhbərliyi tələbələrin yaradıcılıq potensialının inkişafına dəstək verməyin vacibliyini vurğulayıb. Bildirilib ki, tədris ilinin sonuna qədər müxtəlif mövzularda yeni emalatxana sərgiləri də təşkil olunacaq. Bu sərgilərin universitet kampusunda sənət mühitinin daha da canlanmasına töhfə verəcəyi qeyd olunub.






İlk şərhi yaza bilərsiniz