BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Türk Dili Tədrisi Tətbiq və Araşdırma Mərkəzi tərəfindən təşkil olunan “Türk dilinin düzgün və yerində istifadəsi” adlı seminar Eskişehir Eti Arxeologiya Muzeyində keçirilib. Tədbirdə universiteti müəllim Nilay Girişen Özkul təmsil edib. Seminarda muzey rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, təlim zamanı türk dilinin ümumi xüsusiyyətləri, ən çox edilən dil səhvləri və rəsmi yazışma qaydaları barədə məlumat verilib: “İnteraktiv formada keçirilən proqram nümunələr və praktik çalışmalarla zənginləşdirilib. Xüsusilə gündəlik danışıq və rəsmi sənədlərdə rast gəlinən dil xətaları üzərində dayanılıb. Seminarın sonunda muzey müdiri Emriye Yurt tərəfindən Nilay Girişen Özkula təşəkkür sertifikatı təqdim olunub”.






İlk şərhi yaza bilərsiniz