Press "Enter" to skip to content

Alanya Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Anar Axundov Türkiyənin Alanya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Eray Erdemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirlib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi üçün mövcud potensial vurğulanıb: “Tərəflər işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsinin, birgə layihələrin təşviqinin və investisiya imkanlarının dəyərləndirilməsinin hər iki ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini qeyd ediblər”.

Görüşdə Alanya Ticarət və Sənaye Palatası ilə sənaye, turizm, kənd təsərrüfatı və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.