BAYRAQDAR MEDİA – Türkmənistanın paytaxtı Aşqabad Türk dünyasının opera irsinə ev sahibliyi edib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumatda deyilir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən keçirilən Opera Günləri çərçivəsində türkmən bəstəkarı Vəli Muhadovun anadan olmasının 110 illiyi münasibətilə unudulmaz anım konserti təşkil olunub: “Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, türkmən rəsmiləri, eləcə də Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gələn opera sənətçiləri iştirak ediblər. Proqram 2 may 2026-cı il tarixində Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Mukamlar Sarayında olub”.
Məlumata əsasən, proqram Türkmənistan Dövlət Simfonik Orkestrinin ifasında “Mənim Vətənim” adlı simfonik əsərlə başlayıb: “Daha sonra bəstəkarın “Zühre və Tahir”, “Kemine və Kadı” və “Qanlı Saka” operalarından parçalar səsləndirilib. Gecədə müxtəlif ölkələrdən gələn qonaq sənətçilər də səhnə alıb. Azərbaycanı təmsil edən ifaçılar Vəli Muhadovun “Aşqabad” əsəri ilə yanaşı, “Şur” muğamından bir hissəni və Tofiq Quliyevin “Nə bəxtiyardır” əsərini təqdim ediblər”.






İlk şərhi yaza bilərsiniz