BAYRAQDAR MEDİA – Azərbaycan Karate Federasiyasının (AKF) fudokan karate üslubu üzrə milli komandası Rumıniyanın Sfantu Gheorghe şəhərində keçiriləcək 28-ci Avropa çempionatında iştirak etmək üçün yola düşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AKF-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Azərbaycan bu mötəbər yarışda 11 nəfərlik heyətlə təmsil olunur. Komandaya AKF prezidentinin köməkçisi, fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslubun baş məşqçisi Bəşir Mahmudov rəhbərlik edir”.






İlk şərhi yaza bilərsiniz