BAYRAQDAR MEDİA – Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan dəvət alıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “o, Almaniyanın paytaxtı Berlində keçiriləcək UEFA hakim-inspektorlar üçün seminara qatılacaq. Mayın 11-dən 13-dək təşkil olunacaq tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA hakim-inspektorun iştirakı nəzərdə tutulur”.






İlk şərhi yaza bilərsiniz