Press "Enter" to skip to content

IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçiriləcək

Son yeniləmə: 4 May 2026

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi 5-8 may tarixlərində Bakıda IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi keçiriləcək. Tədbir türk dünyasının mühəndislik, texnologiya və ticari əməkdaşlıq potensialını yeni və daha strateji bir mərhələyə daşımaq məqsədilə keçirilir.

Bu arada TÜİB-dən BAYRAQDAR MEDİA-ya bildirilib ki, tədbirin açılış mərasimi mayın 6-da JW Marriott Absheron Baku Hoteldə olacaq.

Məlumatda deyilir ki, Zirvə Türk dünyasında mühəndislik, texnologiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunur: “Tədbir TÜİB, TOBB, TÜRKSOY, TİKA, Türk Mühendisler Derneği və digər nüfuzlu qurumların tərəfdaşlığı ilə həyata keçirilir. Zirvədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Kuzey Kıbırs Türk Cümhuriyyətindən dövlət qurumları, akademik dairələr və iş dünyasının nümayəndələri iştirak edəcəkdir. Tədbir çərçivəsində mühəndislik təhsili, müdafiə sənayesi, enerji və dayanıqlılıq, kibertəhlükəsizlik və süni intellekt mövzularında panel müzakirələri, həmçinin B2B görüşlər təşkil olunacaqdır. Zirvədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev , eləcə də Türkiyədən yüksək səviyyəli dövlət və iş dünyası nümayəndələrinin iştirakı gözlənilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.