Press "Enter" to skip to content

Paytaxt və regionlarda 74 əmək yarmarkası keçirilib

Son yeniləmə: 4 May 2026

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 74 əmək yarmarkası təşkil olunub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 643 işəgötürən tərəfindən 4715 vakansiya təqdim edilib, həmin vakansiyalara dair tələblər barədə məlumat verilib: “Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunublar. Tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və bu proqramlara müraciət proseduru barədə məlumatlandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.