Press "Enter" to skip to content

Bakıda mühüm görüş

Görüşdən xatirə fotosu

Son yeniləmə: 5 May 2026

Azərbaycan ilə Türkiyə hərbi nümayəndə heyətləri bir araya gəlib

BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan ilə Türkiyə arasında kütləvi qırğın silahlarından mühafizə sahəsi üzrə qabiliyyətlərin inkişaf etdirilməsi və bu sahədə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən general-leytenant Azər Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan əlaqələrin hərbi sahədə də sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini qeyd edib: “Görüşdə bildirilib ki, qarşılıqlı səfərlər qlobal və regional inkişaf tendensiyaları nəzərə alınmaqla radiasiya, kimyəvi və bioloji mühafizə sahəsində fəaliyyətlərin davamlı şəkildə təhlilinə və ordularımızın potensialının ən yüksək səviyyədə saxlanılmasına mühüm töhfə verir.

Tərəflər həmçinin hərbi, hərbi-texniki və digər sahələrdə görülən işlərin cari vəziyyətini müzakirə edib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.